Rusiya MN Krasnodarda yaşayış binasına çırpılan hərbi təyyarə ilə bağlı məlumat yaydı

20:40 - 17 Oktyabr 2022

Rusiya MN Krasnodarda yaşayış binasına çırpılan hərbi təyyarə ilə bağlı məlumat yaydı

Rusiya Müdafiə Nazirliyi Krasnodar diyarının Yeysk şəhərində hərbi təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, məlumatda 2022-ci il oktyabrın 17-də Cənub Hərbi Dairəsinin hərbi aerodromundan təlim uçuşu yerinə yetirmək üçün hündürlük yığımağa çalışan “SU-34” təyyarəsinin Yeysk şəhərində qəzaya uğradığı bildirilib.

“Katapult edən pilotların məruzələrinə görə, təyyarənin qəzaya uğramasına səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub. “SU-34”-ün yaşayış məntəqələrindən birinin həyətində qəzaya uğradığı yerdə təyyarənin yanacağı alışıb”, - deyə məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az