ABŞ Ukraynaya hərbi yardım edəcək

00:02 - 17 Oktyabr 2022

ABŞ Ukraynaya hərbi yardım edəcək

ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardım etməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Ağ ev rəsmisi yayıb.

Məlumatda hərbi yardım paketində hava hücumundan müdafiə sistemləri olacağı qeyd olunub:

“ABŞ Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi müzakirə edir. Çünki bu, müharibənin indiki mərhələsində Kiyev üçün ən böyük ehtiyacdır”.

Qeyd olunur ki, Bayden administrasiyası Rusiya tərəfinin pilotsuz təyyarələrin vurduğu zərərlə bağlı Ukrayna tərəfi ilə məsləhətləşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az