Əsl adı Michael Benjamin olan, lakin səhnədə Mikaben adından istifadə edən haitili müğənni Parisdəki konserti zamanı birdən-birə yerə yıxılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təxminən 10 min insana konsert verdiyi zaman halı pisləşən 41 yaşlı müğənninin həyatını itirdiyi açıqlanıb.
Mikabenin infarkt keçirdiyi bildirilir.