Jurnalistlərə açıqlama verən Peskov, "Rusiyanın Ukraynada İran PUA-larından istifadə etməsi" iddialarına cavab verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov iddiaları rədd edərək, “Xeyr, bizdə belə bir məlumat yoxdur. Rus adları var, rus avadanlıqlarından istifadə olunub. Siz bunu bilirsiniz. Bütün digər suallarınızı Rusiya Müdafiə Nazirliyinə yönləndirə bilərsiniz” – deyib.