“Putin yalan danışır, müharibə bitənə qədər səfərbərlik davam edəcək” - Hərbi ekspert

17:47 - 18 Oktyabr 2022

“Putin yalan danışır, müharibə bitənə qədər səfərbərlik davam edəcək” - Hərbi ekspert

Rusiyada səfərbərlik Ukraynada müharibə bitənə qədər davam edəcək. Kreml hərbi xidmətə çağırışı rəsmi olaraq dayandırdığını iddia etsə də, gizli şəkildə həyata keçiriləcək”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov açıqlama verib.

“Putin yalan danışır, insanların gözlərinin içinə baxaraq yalan danışır. Səfərbərlik müharibənin sonuna qədər davam edəcək. Son günə qədər səfərbər olunacaqlar. Niyə? Çünki itkiləri doldura bilməyəcəklər. Kadr çatışmazlığı isə hər hansı bir hissədə cəbhənin dağılmasına səbəb ola bilər. Bu da müharibədə məhvedici nəticələrə gətirib çıxara bilər. Ona görə də səfərbərlik olacaq”, - deyə ekspert qeyd edib.

Jdanovun sözlərinə görə, Rusiya hazırda səfərbərlik sürətini azaldıb, çünki birinci dalğanın çağırışçılarını təsnifatlandırmağa və bölüşdürməyə vaxt çatdıra bilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az