Ermənistan Hindistandan reaktiv yaylım atəşi sistemləri alacaq

23:05 - 18 Oktyabr 2022

Ermənistan Hindistandan reaktiv yaylım atəşi sistemləri alacaq

Hindistanın “Pinaka” reaktiv raket sisteminin istehsalçısı olan “Solar Group” şirkəti Ermənistandan sifariş alıb.

 

Manset.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Satyanarayan Nuval “Asia News International”a müsahibəsində bildirib.

Şirkət direktorunun sözlərinə görə, raket sisteminin istismar müddəti və uçuş məsafəsi artıb və qiymət də təxminən eynidir.

Nuval bildirib ki, Ermənistanla müqavilə iki il müddətinə imzalanacaq.

Qeyd edək ki, bundan əvvəl Hindistan artıq Ermənistana “Svathi” radarları verib.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az