2022-ci ilin fevralında Ukraynaya müdaxilə zamanı Rusiya qüvvələrinin operativ komandanlığına cavabdeh olan beş generaldan dördü artıq işdən çıxarılıb.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hərbi kəşfiyyatının gündəlik icmalında bildirilir.
İşdən çıxarılan generalları əvəz edən komandirlər, Britaniya hərbçilərinin fikrincə, “Rusiyanın döyüş əməliyyatlarını yaxşılaşdırmaq üçün indiyədək çox az iş görüblər”.
Britaniya kəşfiyyatı istefaya göndəriləm rus generalların adlarını açıqlamayıb.
İcmalda qeyd edilir ki, Ukraynada “xüsusi əməliyyat”a cavabdeh olan Rusiya hərbi rəhbərliyi öz vəzifələrinin öhdəsindən getdikcə daha çox gəlir: "Taktiki səviyyədə yeni səfərbər edilmiş ordunu təşkil və ona rəhbərlik etmək üçün təlim keçmiş kiçik zabitlərin çatışmazlığı getdikcə artır".