İsrailin baş naziri Yair Lapid, məqsədlərinin "Fələstinlilərdən ayrılmaq" olduğunu və iki dövlətli həllin həyata keçirilməsi üçün onlarla görüşməli olduqlarını söyləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lapid, işğal altında olan Şərqi Qüds də daxil olmaqla Qüds şəhərlərindən əl çəkməyəcəklərini ifadə edərək, belə davam edib:
“Mən İsrail Dövlətinin həyati maraqlarından, o cümlədən Qüdsün birliyindən və geri qayıtmaq hüququnun inkarından (Fələstinli qaçqınlar üçün) imtina etməyəcəyəm. Təbii ki, mən İsrail dövlətinin təhlükəsizlik maraqlarından bir millimetr belə imtina etməzdim. Əgər bu şərtlər yerinə yetirilərsə, mən fələstinlilərlə danışmağın heç bir eybini görmürəm, onlarla danışırıq. Bir neçə ay əvvəl Əbu Məzinə (Fələstin prezidenti Mahmud Abbas) zəng vurub bayramını təbrik etdim”.