Kiyevdən Putinin hərbi vəziyyətlə bağlı qərarına REAKSİYA

18:28 - 19 Oktyabr 2022

Kiyevdən Putinin hərbi vəziyyətlə bağlı qərarına REAKSİYA

"Ukraynanın 4 vilayətində - Donetsk, Luqansk, Zaporojye və Xersonda hərbi vəziyyətin elan olunması bizim üçün nəyisə dəyişmir".

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tvitterdə yazıb.

Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi ərazilərdə hərb vəziyyətin tətbiqi Ukrayna əmlakının talanmasına hesablanıb: "Biz ərazilərimizi işğaldan azad etməyə davam edirik”.

Ukrayna Daxili İşlər Nazirliyindən isə bildirilib ki, sözügedən sərəncam müvəqqəti ilhaq edilmiş ərazilərdə hərbi senzura, qanunsuzluq, hakimiyyət tərəfindən gücə üstünlük verilməsini təsdiqləyir.

Qeyd edək ki, Vladimir Putin bu gün müvəqqəti işğal edilmiş 4 vilayətdə hərbi vəziyyətin elan olunmasına dair sərəncam verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az