Aİ missiya Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə səfər etdi – FOTOLAR

19:27 - 19 Oktyabr 2022

Aİ missiya Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə səfər etdi – FOTOLAR

Avropa İttifaqının texniki qiymətləndirmə missiyasının nümayəndə heyəti çərşənbə günü Vardenis rayonunun Azərbaycanla həmsərhəd Tretuk və Kutakan yaşayış məntəqələrinə baş çəkib.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistanın Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan özünün “Facebook” səhifəsində məlumat yayıb.

Onları Ermənistan Silahlı Qüvvələrinin İkinci Ordu Korpusunun komandanı, polkovnik Vaqram Qriqoryan və Vardenis icmasının rəhbəri Aqaron Xaçatryan müşayiət ediblər.

Aİ texniki qiymətləndirmə missiyasinin nümayəndə heyətinin üzvləri ərazidə geniş araşdırmalar aparacaqlarını və mütəmadi hesabatlar təqdim edəcəklərini bildiriblər.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Fransa və Avropa Şurası liderləri arasında aparılmış danışıqlar nəticəsində Aİ-nin Ermənistana mülki missiyasının göndərilməsi barədə razılıq əldə olunub.

May be an image of 4 people, people standing, military uniform and outdoors

May be an image of 3 people, people standing and road

May be an image of 5 people, people standing and outdoors

May be an image of 7 people, people standing and outdoors

May be an image of 7 people, people standing and outdoors

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az