Yıldırım və Ayrımın qəzaya düşdüyü avtomobil - FOTO

00:00 - 20 Oktyabr 2022

Yıldırım və Ayrımın qəzaya düşdüyü avtomobil - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

 

Manset.az xəbər verir ki, Türkiyə sosial şəbəkələrində Yıldırım və Ayrımın olduğu iddia edilən maşının qəzadan sonrakı fotosu paylaşılıb.

Qeyd edək ki, hər üç şəxsin səhhətinin qaydasında olduğu bildirilib.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az