ABŞ-da təyyarə yaşayış binasına çırpıldı - Bütün sərnişinlər öldü (VİDEO)

15:22 - 22 Oktyabr 2022

ABŞ-da təyyarə yaşayış binasına çırpıldı - Bütün sərnişinlər öldü (VİDEO)

ABŞ-ın Nyu-Hempşir ştatının Kin şəhərində yüngül mühərrikli təyyarə yaşayış binasına çırpılıb.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nəticədə bütün sərnişinlər həlak olub.

Yerli hakimiyyət orqanları bildiriblər ki, hadisə hava limanı yaxınlığında baş verib və təyyarənin toqquşduğu evdə bir neçə ailə yaşayıb. Məlumatda təyyarənin bütün sərnişinlərinin həlak olduğu, ev sakinlərinin isə xəsarət almadığı qeyd edilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az