Alman milyonçunun ailəsi ilə uçduğu təyyarə radarlardan itdi - FOTO

16:33 - 22 Oktyabr 2022

Alman milyonçunun ailəsi ilə uçduğu təyyarə radarlardan itdi - FOTO

Kosta-Rika sahillərində 5 sərnişini olan təyyarə radarlardan itib.

 

Manset.az xəbər verir ki, hava gəmisi Meksikadan yola çıxıb.

Təyyarədəki beş nəfərdən birinin alman milyonçusu Rayner Şallerin olduğu bildirilir. Göyərtədə onun sevgilisi Kristen Şikorski, uşaqları və başqa bir kişi də olub.

Artıq aidiyyatı orqanlar təyyarənin axtarışına başlayıb. Hava şəraiti işi çətinləşdirsə də belə, lazımi işlər görülür. 

Məlumat üçün bildirək ki, 53 yaşlı Şaller Almaniyanın “RSG Group GmbH” şirkətinə daxil olan məşhur “McFit” fitnes klubları şəbəkəsinin qurucusudur. Alman sahibkarın sərvəti təxminən 250 milyon avro dəyərində qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az