“Azad İran”: “İran Ermənistanın əsas hamisi rolunda” - VİDEO

18:32 - 22 Oktyabr 2022

“Azad İran”: “İran Ermənistanın əsas hamisi rolunda” - VİDEO

Uzun illər boyu Ermənistan Rusiyanın himayəsində olan bir dövlət sayılıb. Rusiyanın Ermənistanda nüfuzu və təsiri o qədər güclü olub ki, hətta bir çoxları bu ölkəni Rusiyanın “forpostu” adlandırıb.

 

Manset.az xəbər verir ki, bu da əsassız deyil. Çünki iqtisadiyyatının mühüm sahələri, o cümlədən nəqliyyat və energetika infrastrukturu Rusiyanın nəzarətində olan, sərhədləri rus əsgərləri tərəfindən qorunan dövləti başqa cür adlandırmaq da mümkün deyil.

Lakin son illər, xüsusən II Qarabağ Müharibəsindən və Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Ermənistanda Rusiyaya təsir nisbətən zəifləyib. Bu fonda İran İslam Respublikası Ermənistanın əsas hamisi rolunda çıxış etməyə başlayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az