Boris Conson GERİ ÇƏKİLDİ

09:41 - 24 Oktyabr 2022

Boris Conson GERİ ÇƏKİLDİ

Böyük Britaniyanın keçmiş baş naziri Conson oktyabrın 20-də Liz Trussun istefasından sonra başlayan Mühafizəkarlar Partiyası liderliyindən və baş nazirlik yarışından geri çəkilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Conson verdiyi açıqlamada, həm ictimaiyyət arasında, həm də parlamentdəki dostları və həmkarları arasında yenidən partiya liderliyinə namizədliyini irəli sürməyi təklif edənlərin sayına təəccübləndiyini bildirib.

Mühafizəkarlar Partiyasının 2024-cü ildə qələbə qazanması üçün yaxşı vəziyyətdə olduğuna inandığını vurğulayan Conson, partiya liderliyinə namizəd olması üçün lazım olan 102 deputatın dəstəyini də aldığını vurğulayıb.

Conson bu vəziyyətdə namizəd ola biləcəyini və uğur şansının yüksək olduğunu bildirsə də, "Lakin mən son vaxtlar belə bir nəticəyə gəldim ki, təəssüf ki, bu, düzgün bir şey deyil. Parlamentdə vahid partiya olmasa, effektiv idarə edə bilməzsiniz” – deyib.

Partiya liderliyinə namizədliyini rəsmən açıqlayan Rişi Sunak və Peni Mordaunt ilə görüşdüyünü ifadə edən Conson bunları deyib:

“Çünki milli maraqlar üçün bir araya gələcəyimizə ümid edirdim. Təəssüf ki, bunu etmək üçün bir yol tapa bilmədik. Ona görə də qorxuram ki, ən yaxşısı, namizədliyimin irəliləməsinə imkan verməyim və uğurlu olana öz dəstəyimi verim. İnanıram ki, təklif edəcəyim çox şey var, amma təəssüf ki, bu doğru zaman deyil”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az