Güney Azərbaycan fəalları ölkə boyu kütləvi aksiya üçün gün təyin etdilər - FOTO/VİDEO

18:45 - 24 Oktyabr 2022

Güney Azərbaycan fəalları ölkə boyu kütləvi aksiya üçün gün təyin etdilər - FOTO/VİDEO

Güney Azərbaycanın milli fəalları narazı vətəndaşlara etiraz aksiyalarına qoşulmaqla bağlı çağırış ediblər. 

 

Manset.az xəbər verir ki, nümayiş çərşənbə günü - 26 oktyabr axşam saatlarına təyin olunub.

Aksiyaçıların bir neçə şəhərdə payladıqları çağırış vərəqələrində Azərbaycan dilində “Azərbaycan qızları, azadlıq ulduzları”, “Azərbaycan diyarımız, demokratiya şüarımız”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Azadlıq, Ədalət, Milli hökumət!” kimi şüarların səsləndirilməsi təklif edilib.

Aksiyaçılar Azərbaycan şəhərlərinin əsas küçə və meydanlarında toplaşmağı planlaşdırıblar. 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az