Rusiyanın Krasnoyarsk vilayətinin sakini olan qadın polisə müraciət edib.
Manset.az xəbər verir ki, o bildirib ki, Ukraynadan olan sevgilisi Denis Filonenko hava limanını partladacağı ilə hədələyib.
Qadın qeyd edib ki, sevgilisi yerli hava limanında texniki dəstək mühəndisi olaraq çalışır. Denisin aviasiya təhlükəsizliyinə təhdid törədə biləcəyini anlayan qadın qorxuya düşüb və polisə xəbər verib.
Cütlük şöbəyə çağırılıb. Polis terror aktı ilə bağlı xəbərdarlığı araşdırır.