İstanbulda metronun "Haliç" stansiyasında yanğın baş verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, elektrik naqilləri qəfil alışıb və yanmağa başlayıb. Nəticədə qatarların hərəkəti dayandırılıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Vəziyyətlə əlaqədar M2 Yenikapı-Hacıosman metrosunda yaranmış texniki nasazlıq səbəbindən metronun hərəkəti Taksim-Hacıosman stansiyaları arasında həyata keçirilir.




