Trampın şirkəti mühakimə olunacaq

19:43 - 25 Oktyabr 2022

Trampın şirkəti mühakimə olunacaq

Bu həftə Nyu-Yorkda ABŞ-ın keçmiş prezidenti Donald Trampın "The Trump Organization" şirkətinin məhkəməsi başlayacaq.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, o, işçilərinə az maaş vermək sxemi ilə vergidən yayınmaqda ittiham olunur.

Prokurorluğun iddiasına görə, "The Trump Organization" 15 il ərzində top-menecerlərin maaşlarını və mükafatlarını real miqdardan daha az göstərib və nəticədə onlar daha az vergi ödəyiblər.

Rəsmi ittiham vergi fırıldaqçılığı və sənədlərin saxtalaşdırılması üzrə irəli sürülüb. Trampın təşkilatını 1,6 milyon dollara qədər cərimə gözləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az