“Füzulidə tikiləcək Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisi maliyyələşdirildi” - Səfir

20:38 - 25 Oktyabr 2022

“Füzulidə tikiləcək Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisi maliyyələşdirildi” - Səfir

Bizim məqsədimiz yaxın gələcəkdə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır.

 

Manset.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanın Müstəqilliyi Günü və Azərbaycan Qazazıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, 1990-ci il 25 oktyabrında Qazaxıstan Parlamenti Dövlət Suverenliyi ilə bağlı Deklarasiya qəbul edib.

Qazaxıstan diplomatı bu ilin yanvarında öz ölkəsində baş verən hadisələrə toxunaraq deyib ki, son hadisələr sonra ölkədə dəyişikliklərə yol açıb.

“Ədalətli Qazaxıstan” prinsipi qəbul olunub ki, burada məqsəd hər bir Qazaxıstan vətəndaşı üçün bərabər hüquqların, imkanların və müdafiənin təşkilini nəzərdə tutur.

Səfir deyib ki, hökumət vacib siyasi, sosial-iqtisadi islahatlar həyata keçirir.

“Siyasi partiyaların qeydiyyatı sadələşdirlib, parlamentə daxil olmaq üçün hədd 7 faizdən 5 faizə endirilib. Qazaxıstanda ölüm hökmü ləvğ olunub”, - deyə Serjan Abdıkərimov bildirib.

Diplomat vurğulayıb ki, onun ölkəsində “müxtəliflikdə həmrəylik prinsipi hər zaman qorunacaq”.

Diplomat iki ölkə arasında münasibətlərə də toxunub. Qazaxıstan səfiri deyib ki, Azərbaycan və Qazaxıstanı dərin yaxın köklər, mədəniyyətləri bir birinə bağlayır.

Səfir Abdıkərimiv Qazaxıstanın Prerzidenti Tokayevin Bakıya səfərini xatırladaraq onun əhəmiyyətini vurğulayıb.

“Azərbaycan və Qazaxıstan yaxın ölkələr, starteji tərəfdaşlardır. İki ölkə arasında heç bir məslədə fikir ayrılığı yoxdur. Beynəlxalq məsələlərdə eyni yanaşmanı bölüşürük. Biz Türk dövlətlərinin inteqrasiyasını dəstəkləyirik. Azərbaycan və Qazaxıstan arasında geniş əməkdaşlıq imkanları var, bura ticarət investisiya, logistika, enerji, informasiya texnologiyaları, təhsil mədəniyyət və s. daxildir”,- deyə səfir bildirib.

Serjan Abdıkərimov deyib ki, onun ölkəsi Qarabağda bərpa və yenidənqurmaya töhvə verir.

O, Qazaxıstanın dəstəyi ilə Füzulidə inşa ediləcək Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisinin maliyyələşdirildiyini deyib.

Tədbirdə Azərbaycanın enerji naziri Pərviz Şahbazov da çıxış edib

“Azərbaycan və Qazaxıstan qardaş ölkələr, strateji tərəfdaşlar, müttəfiqlərdir. Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib, bu gün də Qarabağdakı yenidənqurmaya töhfə verir. Bu, qardaşlığın nümunəsidir”,- deyə nazir bildirib.

Nazir deyib ki, indiyə qədər Azərbaycan Qazaxıstana 204 milyon dollar, Qazaxıstan isə Azərbaycana 100 milyon dollar investiyiya qoyub.

2022-ci il yanvar-avqust ayında ölkələr arasında ticarət döveiyyəsi 369 milyon dollar olub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az