İranda ərəb mənşəli yeniyetmələri işgəncə ilə qətlə yetirdilər - FOTO

20:43 - 25 Oktyabr 2022

İranda ərəb mənşəli yeniyetmələri işgəncə ilə qətlə yetirdilər - FOTO

İranda ərəb mənşəli yeniyetmələrin dindirilmə zamanı öldürüldükləri bildirilir.

 

Manset.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalı xəbər verir ki, Xuzistan əyalətindən olan 18 yaşlı Mehdi Fərhani və 17 yaşlı Əli Bavəri hökumət qüvvələri tərəfindən qətlə yetirilib.

Əhvaz İnsan Haqları Təşkilatının oktyabrın 24-də yaydığı məlumatda isə bildirilir ki, Mehdi Fərhani ötən il həbs olunub, cənazəsi isə bu günlərdə qardaşına təhvil verilib. 

Məlumatda Əli Bavərinin isə həbs edildikdən bir neçə gün sonra meyitinin çaydan tapıldığı qeyd olunub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az