Şuşada çəkilən reklam çarxı “Fashion TV”də yayımlanır - VİDEO

22:08 - 25 Oktyabr 2022

Şuşada çəkilən reklam çarxı “Fashion TV”də yayımlanır - VİDEO

"Mugham" parfümün Şuşada çəkilən videoçarxı "Fashion TV"də göstərilib.

 

Manset.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin iştirak etdiyi layihə "Karabakh Bouquet - 1752" ətri haqqındadır.

Şuşa şəhərinin təməlinin qoyulduğu ilin şərəfinə adlandırılan "Karabakh Bouquet -1752" ətri haqqındakı çarx Qarabağda lentə alınan ilk reklam işidir.

Qeyd edək ki, "Mugham" parfümün “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var.

“Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşıda da satılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az