Giorgia Meloni yeni hökumət proqramını AÇIQLADI

22:13 - 25 Oktyabr 2022

Giorgia Meloni yeni hökumət proqramını AÇIQLADI

İtaliyanın ilk qadın Baş naziri Giorgia Meloni oktyabrın 25-də parlamentin aşağı palatası olan Deputatlar Palatasının Baş Assambleyasında çıxış edib.

 

Manset.az xəbər verir ki, G.Meloni çıxışında rəhbəri olduğu yeni hökumətin qısamüddətli və qarşıdakı illər üçün nəzərdə tutduğu proqramı açıqlayıb. İtaliya iqtisadiyyatının hazırda ən çətin dövrünü yaşadığını deyən Baş nazir yüksək enerji xərcləri ilə üzləşən ailələrə və müəssisələrə dəstək tədbirlərinin gücləndirilməsinə üstünlük veriləcəyini bildirib. Qeyd edib ki, hökumət 2023-cü il büdcəsi üzərində işə başlayıb, vətəndaşlar və kiçik biznes subyektləri üçün vergi güzəştləri nəzərdə tutulur.

G.Meloni İtaliyanın ətrafındakı dənizlərdə təbii qaz yataqlarının olduğunu, bu ərazilərə doğru istiqamətlənməyin vacibliyini bildirib.

O, İtaliyanın Ukrayna xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb.

Daha sonra Deputatlar Palatasında yeni hökumətə etimad səsverməsi keçirilib. G.Meloni oktyabrın 26-da isə parlamentin yuxarı palatası olan Senatın üzvlərinə müraciət edəcək, etimad səsverməsi olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az