Yaxın zamanda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü planlaşdırılmır : Ermənistan XİN

22:53 - 25 Oktyabr 2022

Yaxın zamanda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü planlaşdırılmır : Ermənistan XİN

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü gözlənilmir.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi "Twitter"də bildirib.

"Yaxın zamanda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü planlaşdırılmır", - deyə o bildirib.

Qeyd edək ki, xüsusi nümayəndələrin iyulda baş tutan görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, yəni birbaşa hava yükdaşımalarının başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması məsələlərini müzakirə etmək üçün sərhəddə iki ölkənin müvafiq orqanlarının nümayəndələrinin görüşü planlaşdırılır.

Xatırladaq ki, Türkiyənin "Sabah" qəzeti diplomatik mənbələrə istinadən xüsusi nümayəndələrin görüşü barədə məlumat yayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az