Ukrayna Aİ-ni elektrik enerjisi ilə təchiz edə bilməyəcək

23:03 - 25 Oktyabr 2022

Ukrayna Aİ-ni elektrik enerjisi ilə təchiz edə bilməyəcək

Ukrayna energetika obyektlərinin 40 faizə yaxınının məhv olması səbəbindən Avropa İttifaqını (Aİ) elektrik enerjisi ilə təmin edə bilməyəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Energetika, Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin rəhbəri Andrey Gerus bildirib.

“Kütləvi raket hücumları Ukraynanın energetika sisteminin ümumi infrastrukturunun və generasiya gücünün təxminən 40 faizini sıradan çıxarıb. Bu gün üçün problemimiz elektrik stansiyalarına yaxın olan şəbəkələr və yarımstansiyalardır”, - o deyib.

Deputat qeyd edib ki, yarımstansiyalar elektrik enerjisinin tranzitini təmin edirdi və şəbəkələrin zədələnməsi səbəbindən istehlakçılar üçün müvəqqəti elektrik enerjisi çatışmazlığı yaranıb. “Eyni zamanda, ölkədə elektrik enerjisi istehsalı qıtlığı yaşanmır”, - o söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az