Rusiyada hərbi komissarlıqda yanğın

12:19 - 26 Oktyabr 2022

Rusiyada hərbi komissarlıqda yanğın

Rusiyada Tıva Respublikasında hərbi komissarlıqda yanğın baş verib.

 

Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə oktyabrın 25-i Kızıl şəhərində qeydə alınıb. 

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə gəldikdə hərbi komissarlığın binasının pəncərəsində yanğın qeydə alıb. Yanğının qarşısını almaq üçün 12 yanğınsöndürən və 3 texnika cəlb olunub. 

Yanğının qəsdən törədildiyi ehtimal edilir. Belə ki, hadisə yerində şüşə qırıqları və yanacağa batırılmış parça aşkar olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az