Ermənistanın sentyabrdakı sərhəd təxribatında itkilərinin son sayı AÇIQLANDI

13:09 - 26 Oktyabr 2022

Ermənistanın sentyabrdakı sərhəd təxribatında itkilərinin son sayı AÇIQLANDI

“Sentyabrda baş verən sərhəd toqquşmalarında 240 hərbçimizi itirmişik”.

 

Manset.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlama verən Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Alen Simonyan fikrinin davamında qeyd edib ki, hazırda Ermənistan hökumətinin əsas məqsədi gənc erməni oğullarının həyatını xilas etməkdir.

“İrəvanla Bakı arasında tezliklə sülh sazişinin imzalanmasına ümid edirik. Bu saziş mümkün qədər tez imzalanmalıdır”, - deyə Ermənistan parlamentinin spikeri vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az