Polşa Senatı Rusiya ilə bağlı qətnamə qəbul etdi

13:32 - 27 Oktyabr 2022

Polşa Senatı Rusiya ilə bağlı qətnamə qəbul etdi

Polşa Senatı Rusiya administrasiyasının “terrorçu rejim” kimi tanınmasını ehtiva edən qətnamə qəbul edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qətnamə 100 nəfərdən ibarət Senatda keçirilən iclasda iştirak edən 85 senatorun “hə” səsi ilə qəbul edilib.

Qətnamədə fevralın 24-də Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı başladığı müharibənin məqsədinin suveren bir ölkəni xəritədən silmək və Ukrayna millətini məhv etmək olduğu bildirilib:

“Rus işğalçıları Ukrayna şəhərlərinin sakinlərini terrora məruz qoyur, uşaq bağçalarını, məktəbləri, teatrları, qəsəbələri bombalayır. Rus quldurları hərbi əsirlərə və işğal olunmuş ərazilərdə dinc əhaliyə işgəncə verir və öldürürlər. Onlar ukraynalı uşaqları rejimin əsgəri etmək üçün qaçırır, Ukrayna vətəndaşlarını zorla Rusiyanın ucqar bölgələrinə köçürürlər”.

Beynəlxalq ictimaiyyət həmçinin Ukraynaya və ukraynalılara qarşı cinayətlərə görə məsuliyyət daşıyanların Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılması ideyasını dəstəkləməyə çağırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az