Avropa İttifaqı iqlim dəyişikliyi ilə mübarizə üçün benzin və dizellə işləyən avtomobilləri qadağan edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2035-ci ildən Avropada benzin və dizellə işləyən avtomobillərə icazə verilməyəcək.
2035-ci ildən Aİ-yə üzv dövlətlərdə satılacaq bütün yeni avtomobillər və yüngül kommersiya avtomobilləri emissiyasız olmalıdır.
Beləliklə, benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli avtomobillər 2035-ci ildən sonra Aİ ölkələrində satılmayacaq.
Reqlament rəsmi olaraq təsdiqləndikdən sonra Aİ-nin rəsmi qəzetində dərc edilərək qüvvəyə minəcək.
Aİ 2050-ci ilə qədər bütün sektorları və nəqliyyat vasitələrini sıfır emissiya etməyi hədəfləyir.