Somalidə Təhsil Nazirliyinə bombalı hücum: 9 nəfər öldü - YENİLƏNDİ (VİDEO)

20:36 - 29 Oktyabr 2022

Somalidə Təhsil Nazirliyinə bombalı hücum: 9 nəfər öldü - YENİLƏNDİ (VİDEO)

Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına həyata keçirilən terror hücumu nəticəsində doqquz nəfər həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə Somali təhlükəsizlik qüvvələrinin nümayəndəsi Əhməd Əli məlumat verib.

Onun sözlərinə görə, ölənlərin hamısı mülki şəxslərdir, onların arasında qadın və uşaqlar da var.

Terror aktının “Əş-Şəbab” təşkilatının üzvləri tərəfindən törədildiyi istisna edilmir.

18:55

Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına hücum olub.

Manset.az xəbər verir ki, polisin məlumatına görə, nazirliyin binasının yerləşdiyi şəhərciyə bomba ilə yüklənən avtomobil daxil olub və partlayış baş verib.

Əraziyə polis və təcili yardım briqadaları cəlb edilib.

Sosial şəbəkələrdə paylaşılan videolarda ərazidən qatı tüstünün qalxdığı görünür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az