Nensi Pelosi ərinin hücumdan sonrakı vəziyyətindən danışdı

12:01 - 30 Oktyabr 2022

Nensi Pelosi ərinin hücumdan sonrakı vəziyyətindən danışdı

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi əri Paul Pelosinin hücumdan sonrakı vəziyyətini şərh edib.

 

Manset.az xəbər verir ki, bəyanat siyasətçinin saytında dərc olunub.

O qeyd edib ki, ərinin səhhəti yaxşılaşmaqda davam edir.

Pelosi hadisə yerinə gələn hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə təşəkkür edib.

Qeyd edək ki, Paul Pelosi evdə zorakı hücuma məruz qalıb.

Evə hücum səhər saatlarında olub və bu zaman Nensi Pelosi evdə olmayıb, hücum edən şəxs artıq həbsdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az