İtaliya Ukraynaya 30-a qədər artilleriya qurğusunu təhvil verdi

12:23 - 30 Oktyabr 2022

İtaliya Ukraynaya 30-a qədər artilleriya qurğusunu təhvil verdi

İtaliya hökuməti Ukraynaya beşinci hərbi yardım paketinin bir hissəsi olaraq 20-dən 30-a qədər "M109L" özüyeriyən artilleriya qurğusunu təhvil verib.

 

Manset.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri yazıb.

Qəzet qeyd edir ki, Kiyevə müəyyən növ ağır silahlar, o cümlədən "M113" zirehli transportyorları, altı "PzH 2000" ağır haubitsaları və iki MLRS reaktiv yaylım atəşi sistemi göndərilib.

Bundan əvvəl İtaliya Kiyevə Xarkov və Donetsk vilayətlərində istifadə olunan Fh70 haubitsalarını, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Xerson və Zaporojye vilayətlərində hücum bölmələrinin sərəncamında olan “Lince” zirehli texnikasını ötürüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az