Ermənistanda ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident oldu: ölən var

13:30 - 30 Oktyabr 2022

Ermənistanda ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident oldu: ölən var

Ermənistanda ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, bir nəfər hərbçi ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İlkin məlumatlara görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində olan ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatda olan Misak Petrosyanla mübahisə edib. Mübahisə zəminində o, hərbçi yoldaşına pulemyotdan atəş açaraq, başına xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az