"Hədər olan 38 il: DNT sübutları nəticəsində sərbəst buraxıldı" - ABŞ

14:00 - 30 Oktyabr 2022

\"Hədər olan 38 il: DNT sübutları nəticəsində sərbəst buraxıldı\" - ABŞ

ABŞ-da qətl ittihamı ilə 40 ilə yaxın həbsdə olan məhkum, DNT dəlilləri başqa cinayətkarı göstərdikdən sonra sərbəst buraxılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Maurice Hastings 1983-cü ildə iki adam öldürməyə  cəhd ittihamı ilə 38 ildən çox həbsxanada yatdı.

Lakin yeni DNT sübutları günahkarın 2020-ci ildə həbsxanada ölən başqa bir cinayətkar olduğunu göstərdi.

Hazırda 69 yaşlı Hastings 1988-ci ildə hökm ləğv edildikdən sonra azadlığa buraxılıb.

La County Baş prokuroru George Gasco Hastings-in məhkum edilməsini "dəhşətli ədalətsizlik" kimi qiymətləndirdi.

Hökmün ləğv edildiyi 20 oktyabr məhkəməsindən sonra danışan Hastings, "Hər gün bu günün gəlməsi üçün dua edirdim. İndi sadəcə demək istəyirəm ki, hələ sağ ikən həyatdan həzz alın”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az