“Nalji” qasırğasının Filippinə vurduğu ziyanın miqyası AÇIQLANDI

14:59 - 30 Oktyabr 2022

“Nalji” qasırğasının Filippinə vurduğu ziyanın miqyası AÇIQLANDI

Filippində 932 mindən çox insan “Nalji” qasırğasından zərər çəkib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Riskinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Şura məlumat yayıb.

Dərc edilmiş hesabata görə, qasırğa nəticəsində 48 nəfər həlak olub, daha 40 nəfər yaralanıb, 22 nəfər itkin düşüb.

Eyni zamanda, təsdiqlənməmiş məlumatlara görə, 72 nəfərin öldüyü bildirilib.

Qeyd olunub ki, 550-dən çox bina zədələnib, 160-a yaxın bina tamamilə dağılıb. Bəzi infrastruktur obyektlərinə, o cümlədən 6 hava limanına və 78 dəniz limanına ziyan dəyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az