İnsanlar soyuqdan ölə bilər: Hökumət ciddi tədbirlərə hazırlaşır

16:43 - 30 Oktyabr 2022

İnsanlar soyuqdan ölə bilər: Hökumət ciddi tədbirlərə hazırlaşır

Finlandiya qış mövsümündə elektrik enerjisinin kəsilməsinə hazırlaşır.

 

Manset.az xəbər verir ki, bunu Finlandiyanın milli şəbəkə operatoru “Fingrid”-in şəbəkə əməliyyatları üzrə meneceri Arto Pahkin bildirib. 

Onun sözlərinə görə, planlaşdırılan fasilələr həyata keçirilməsə, o zaman insanların soyuqdan ölüm riski var. Bəyanatı “Bloomberg” yayıb. 

Agentlik qeyd edir ki, Rusiya enerjisi Finlandiyaya ümumi enerji tədarükünün kiçik bir hissəsini təşkil edir, lakin bu itki ölkənin enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Moskva may ayında ödənişlərin qəbulunda çətinliklər olduğunu əsas gətirərək Finlandiyaya elektrik enerjisi və qaz tədarükünü dayandırıb.

Finlandiyada qış temperaturu tez-tez -20 ° C-dən aşağı düşür. Bu aylarda Helsinkidə günəş gündə altı saatdan da az çıxır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az