Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 60-ı ötdü - YENİLƏNDİ (VİDEO)

21:40 - 30 Oktyabr 2022

Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 60-ı ötdü - YENİLƏNDİ (VİDEO)

Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 60 nəfəri keçib.

 

Manseüt.az xəbər verir ki, bu barədə NDTV kanalı mənzil tikintisi və kənd rayonlarının inkişafı naziri Briceş Merca istinadən məlumat verib.

“Ən azı 60 nəfər ölüb. 17 nəfər xəstəxanadadır”, - nazir bildirib.

Faciə yerində xilasetmə əməliyyatı davam edir. Rəhbərlik qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir.

20:20

Hindistanın Qucarat ştatında asma körpünün uçması nəticəsində azı 40 nəfər ölüb, 100-dən çox insan itkin düşüb.

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Odisha" telekanalı məlumat yayıb.

Morbidəki Machu bəndindəki körpü son iki ildir bağlansa da, cəmi bir gün əvvəl təmirdən sonra yenidən açılıb.
Telekanalın məlumatına görə, körpünün uçması zamanı onun üzərində uşaqlar da daxil olmaqla 500-dən çox insan olub.

Baş nazir Narendra Modi ölən və yaralananların ailələrinə bütün lazımi yardımların göstərilməsini əmr edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yardımın göstərilməsini çayın güclü axını, eləcə də gecə vaxtı olması çətinləşdirir. Hadisə yerinə Morbi şəhərinin, eləcə də ətraf şəhərlərin yanğınsöndürən qrupları göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az