Lavrov Rusiyanın sülh şərtlərini AÇIQLADI

10:21 - 31 Oktyabr 2022

Lavrov Rusiyanın sülh şərtlərini AÇIQLADI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Qərb arasında danışıqların mümkünlüyü barədə açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lavrov bildirib ki, danışıqların uğurlu olması üçün Qərbin qəbul etməli olduğu 2 şərt var.

Birinci şərt, Qərb Rusiya Federasiyasının maraqlarını və təhlükəsizliyini tam nəzərə almalıdır.

İkincisi, Qərb Moskvaya gərginliyin azaldılmasına kömək edəcək bəzi ciddi yanaşmalar təklif etməlidir.

Rusiyalı nazir, “Bizə bu hörmət prinsiplərinə əsaslanan real təkliflərlə müraciət edilərsə, biz də o cür qarşılıq verəcəyik”, - deyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az