İranın Fars körfəzində “qaçaq yanacaq” daşıdığı səbəbi ilə xarici bayraqlı gəmini ələ keçirdiyi, gəminin kapitanı və heyətini saxladığı bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hörmüzqan vilayətinin Ədliyyə Baş İdarəsinin rəisi Müctəba Qəhrəmani Fars körfəzində qaçaqmalçılıq yolu ilə 11 milyon litr qaçaq yanacaq yükləndiyi aşkarlanan gəmidə əməliyyat keçirildiyini bildirib.