Rusiya və Ermənistan liderlərinin ikitərəfli görüşü baş çatıb. Görüş təxminən bir saat davam edib.
***
Soçidə Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb.
***
Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçiriləcəyi məkan bəlli olub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş “Rus” sanatoriyasında baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən görüşdə iştirak etmək üçün artıq Soçidədirlər.