Kubadan ABŞ-ın Florida şəhərinə gedən mühacirlərlə dolu qayığın sərhədçilərə məxsus gəmiyə çırpılması nəticəsində 5 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, mühacirləri daşıyan qayıq ölkənin şimalındakı Artemisa şəhərindəki Bahia Honda adasında sərhədçilərə məxsus gəmiyə çırpılıb.
Qəza nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb. Sahil təhlükəsizlik qrupları tərəfindən 23 nəfər xilas edilib.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada insan qaçaqmalçılığı ilə məşğul olan ABŞ-a məxsus sürətli qayığın Kuba ərazi sularını pozaraq sərhəd qoşunlarına məxsus gəmiyə çırpıldığı bildirilib.
ABŞ-ın Kubadakı səfirliyindən verilən açıqlamada qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verilib.