Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüşü faydalı adlandırıb.
Manset.az xəbər verir ki, bu barədə Putin görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib.
“Bizim ümumi fikirimizə görə bu faydalı görüş oldu. Mənim fikrimcə bu görüş gələcəkdə bir sıra prisnsipial məsələlərin həlli üçün yaxşı atmosfer yaratmış oldu. Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açıq deməliyəm ki, hər şeyi razılaşdıra bilmədik. Sənədin ilkin versiyasından bəzi məsələləri silməli olduq”.
Rusiya Prezidenti İlham Əliyevə və Nikol Paşinyana təşəkkürünü də bildirib:
“Mən Ermənistan baş nazirinə və Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, siz Rusiyaya - Soçiyə gəlməyə və bu müzakirələri aparmağa razılıq verdiniz. Razılaşdığımız kimi biz təmasda olacağıq, bu dialoqu davam etdirəcəyik və bu cür uzun sürən münaqişəyə nöqtə qoymaq üçün lazım olan həlləri axtarmağa davam edəcəyik”, - deyə Putin əlavə edib.