Peskov Putinin oxşarından DANIŞDI

09:20 - 01 Noyabr 2022

Peskov Putinin oxşarından DANIŞDI

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun bəyanatına aydınlıq gətirib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Putinin öz oxşarından istifadə etməsi barədə Budanovun açıqlamasını cəfəngiyyat adlandırıb.

“Bunu necə şərh etmək olar? Cəfəngiyyat kimi!”, - Peskov bildirib.

Xatırladaq ki, Budanov “Daily Mail”ə müsahibəsində Putinin oxşarlarından bəhs edib.

Qeyd edək ki, Rusiya Prezidentinin özü 2020-ci ildə “Vladimir Putin üçün 20 sual” layihəsi çərçivəsində müsahibə verərkən, onun təhlükəsizliyi məqsədilə oxşarları cəlb etmək ideyasının 2000-ci illərin əvvəllərində yarandığını, lakin özünün bundan imtina etdiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az