Rusiyalı milyarder Oleq Tinkov Ukraynanın Rusiya tərəfindən işğalına qarşı çıxaraq Rusiya vətəndaşlığından imtina etmək qərarına gəldiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərarı sosial media hesabından açıqlayan Tinkov, “Rusiya vətəndaşlığımdan imtina etmək qərarına gəldim. Mən dinc qonşuları ilə müharibəyə başlayan, hər gün günahsız insanları qətlə yetirən faşist ölkə ilə bağlı ola bilmərəm və olmayacağam. Ümid edirəm ki, Rusiyanın aparıcı iş adamları məni izləyəcək, bu da Putin rejimini və iqtisadiyyatını zəiflədib məğlub edəcək. Putinin Rusiyasına nifrət edirəm, amma açıq şəkildə müharibəyə qarşı çıxan bütün rusları sevirəm”, - deyib.