Vaşinqtonda yerləşən Suriya Ədalət və Hesabat Mərkəzi (SJAC) Bəşər Əsəd rejimini edam etdiyi şəxslərin cəsədlərini tanınmaz hala gətirmək üçün çuxurlarda yandırmaqda ittiham edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, SJAC Əsəd rejiminin edam görüntüləri ilə bağlı yeni hesabat yayıb. Hesabatda iddia edilirdi ki, rejim “edam edilənlərin cəsədlərini tanınmaz hala gətirmək üçün çuxurlarda yandırıb".
Hesabatda rejimin cinayətlərinin sübutlarını məhv etmək və qurbanların ailələrinə onların taleyini bilmək hüquqlarını əngəlləmək kimi məlumatlar əks edilib.
Rejimin xalq üsyanlarının fitilinin alovlandığı Suriyanın Dera əyalətində yandırılmış cəsədləri kütləvi məzarlıqlarda basdırdığı bildirilib.Məlumatda, rejim silahlı qüvvələrinin həmin dövrə aid videolarda ən azı 15 cəsədi daşıdığı, əvvəlcə fotoşəkil çəkdirdiyi, əllərinə və üzünə benzin tökərək yandırdığı, qazılmış çuxurlara atdığı qeyd edilib. Videogörüntülərdəki bütün meyitlərin eyni üsulla tanınmaz hala salınmağa çalışıldığı bildirilib və bu cür məhvetmə proseslərinin müxtəlif məkanlarda və vaxtlarda həyata keçirilə biləcəyi qeyd edilib.Hesabatda yandırılan 15 nəfər arasında mülki şəxslərin də olduğu və onların yandırılmadan əvvəl edam edildiyi vurğulanıb.
Bildirilir ki, SJAC videoları cəsədləri yandıran əsgərləri pusquya salan müxalifət qrupundan aldığını iddia edən bir fəaldan əldə edib.
