İran hakimiyyətinin hicab riyakarlığı - VİDEO

21:03 - 01 Noyabr 2022

İran hakimiyyətinin hicab riyakarlığı - VİDEO

İranda məcburi hicab əleyhinə kütləvi etirazların davam etdiyi bir vaxtda əhalinin hakimiyyət təmsilçilərinə qarşı qəzəbini daha da alovlandıran qalmaqallı bir hadisə baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İbrahim Rəisi hökumətinin Yol və Şəhərsalma naziri Rüstəm Qasiminin bir qadınla məhrəm münasibətlərini əks etdirən şəkilləri yayılıb. Məsələnin kəskin reaksiyalar doğuran cəhəti budur ki, iranlı nazirin yanındakı qadın hicabsızdır və ümumiyyətlə, onun geyimi və qiyafəsi islam qaydaları ilə qətiyyən uyuşmur. 

Şəkillərin 2011-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində bir parkda çəkildiyi bildirilir. Həmin vaxt Rüstəm Qasimi İranın o zamankı prezidenti Mahmud Əhmədinejadın başçılıq etdiyi hökumətdə Neft naziri postunu tuturdu.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az