Gizli məzardan 47 cəsəd tapıldı - ŞOK HADİSƏ

21:48 - 01 Noyabr 2022

Gizli məzardan 47 cəsəd tapıldı - ŞOK HADİSƏ

Meksikanın Quanaxuato əyalətində gizli məzarda aparılan axtarışlar zamanı 47 cəsədin tapıldığı bildirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəbirdə tapılan insan qalıqlarının təxminən 1 il əvvələ aid olduğu və hadisə ilə bağlı çoxölçülü araşdırmaya başlanıldığı bildirilib. İrapuato şəhərinin Santa Fe rayonunda tərk edilmiş fermada gizli məzarda insan qalıqları tapılıb. Aparılan müayinələr nəticəsində qazılan sümüklərin 47 nəfərə məxsus olduğu müəyyən edilib. Qazıntıdan çıxarılan sümüklər müayinə olunmaq üçün Ədliyyə Tibb İnstitutuna aparılıb.

Bölgədə qazıntı işlərinin davam etdiriləcəyi paylaşılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az