“Avropa İranı təcavüzə ortaq kimi tanınmalıdır” - Podolyak (FOTO)

22:49 - 01 Noyabr 2022

“Avropa İranı təcavüzə ortaq kimi tanınmalıdır” - Podolyak (FOTO)

İran Rusiyanın Ukraynaya qarşı təcavüzündə ortaqdır. Tehran “Şahedləri” Rusiyaya ötürür və işğalçılara PUA-ları idarə etməyi öyrədir.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkədəki səhifəsində yazıb.

“Əgər İran Rusiyaya raket göndərirsə, onların şəhərlərimizə hücum edəcəyini çox yaxşı bilir. İran ruslara dronları idarə etməyi öyrədəndə bilir ki, onlar Ukrayna enerji infrastrukturuna hücum edəcək və Aİ-yə qaçqın dalğalarına səbəb olacaq. Tehran Avropadakı təcavüzün şərikidir və rəsmi olaraq belə tanınmalıdır”, - Mixail Podolyak vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az