Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Avropaya elektrik enerjisi nəqlini dayandırılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə Avropa İttifaqının Enerji Komissiyasının üzvü Kadri Simson ilə görüşən Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları səbəbilə Avropaya enerji axınını dayandırdığını açıqlayıb.
Zelenski, Rusiyanın hücumları nəticəsində su elektrik sistemləri ilə yanaşı, istilik elektrik stansiyalarına da ziyan dəydiyini, Ukraynanın enerji infrastrukturunun 40 faizinin ciddi şəkildə zədələndiyini bildirib. Rusiyanın bu hücumlarını “terror hücumları” kimi xarakterizə edən Zelenski, strateji enerji sistemlərinə edilən hücumlara qarşı da tədbirlər görməyə davam etdiklərini bildirib.