Braziliya prezidenti hakimiyyəti təhvil verməyə razılaşdı - FOTOLAR

11:15 - 02 Noyabr 2022

Braziliya prezidenti hakimiyyəti təhvil verməyə razılaşdı - FOTOLAR

Braziliyanın artıq sabiq prezidenti Jair Bolsonaru hakimiyyətin yeni seçilmiş dövlət başçısı Luis İnasiu Lula da Silvaya verilməsinə razılıq verib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı iki dəqiqəlik çıxışı zamanı Bolsonaru öz tərəfdarlarına dəstəklərinə görə təşəkkür edib. Həmçinin etirazçıları sülhsevər davranmağa çağırıb və öz nailiyyətlərini qeyd edib. O, eyni zamanda solçuları da tənqid edib və həmişə konstitusiyaya əməl etdiyini vurğulayıb.

“Dinc nümayişlər həmişə xoş qarşılanacaq. Ancaq bizim üsullarımız solçu ola bilməz. Xüsusi mülkiyyətə təcavüz, malların məhv edilməsi, giriş-çıxış hüququnun məhdudlaşdırılması kimi davranışlar bizim üsullarımız ola bilməz”, - deyə Bolsonaru qeyd edib.

Bolsonarunun çıxışından sonra Prezident Aparatının rəhbəri kürsüyə çıxıb və hökumətin hakimiyyəti yeni administrasiyaya təhvil verəcəyini bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az